Sevgilisi ilə birləşib arvadını döyən həkim barədə açıqlama: "Danışa bilmir..."

 13:03 27.02.2024     404

“İbrahim Əsədli bizim klinikanın həkimidir. Hazırda xəstələri qəbul edir, danışmaq imkanı yoxdur. Mediada yazıldığı kimi xəstəxananın qarşısında həyat yoldaşına şiddət göstərdiyinin şahidi olmamışıq”.

Redaktor.az xəbər verir ki, bu barədə teleqraf.com-a “Loğmed” klinikasının qeydiyyat şöbəsindən bildirilib.

Həkimin özü ilə əlaqə saxlasaq da köməkçisi hazırda onun yanında pasiyentləri olduğu üçün danışa bilmədiyini deyib.

Qeyd edək ki, “Unikal”ın yaydığı xəbərə görə, tanınmış həkim-onkoloq İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə “Loğmed” klinikasının qarşısında həkim həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərib.