Generalın sərbəst mühakiməsinə razılıq verilmədi

 14:51 29.02.2024     316

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, general Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Redaktor.az xəbər verir ki, general Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa istintaq təcridxanasından onlayn qatılır.

Hazırki mərhələdə şahidlər dindirilir. Şahidlər əsasən ədliyyə qurumlarında işə düzəlmək üçün rüşvət verdiklərini deyirlər. Təqsirləndirilən şəxs isə barəsindəki ittihamlarla razılaşmır.

Proses martin 18-i şahid ifadələri ilə davam edəcək.

Qeyd edək ki, general-mayor Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. O, yarım milyona yaxın məbləği rüşvət qismində almaqda ittiham edilir (qafqazinfo).