Bakıda yanğın ölümlə nəticələndi

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yanğın olub.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanan 4 otaqlı evdən 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bitişik evlər yanğından mühafizə olunub. Yanğını yanğından mühafizə bölmələri söndürüblər.