Salyanda ər və arvadı niyə öldürülüb? - "Evdə tək yaşayırmış..."

 11:23 01.03.2024     606

Xəbər verdiyimiz kimi, bu gün Salyan rayonunun Kərimbəyli kəndində ər və arvadı qətlə yetirilib.

Kərimbəyli kənd bələdiyyəsinin keçmiş sədri Çingiz Quliyev Redaktor.az-a bildirdi ki, qətl hadisəsinin hansı səbəbdən baş verməsi məlum deyil.

Onun sözlərinə görə, ər və arvadı evdə tək yaşayırmış, ailənin övladları isə Bakıda məskunlaşıb. Qətlə yetirilən Münəvvər Məmmədova evdar xanım olub.

Qeyd edək ki, əvvəllər Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində baş həkim vəzifəsində çalışan 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədova naməlum şəraitdə qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Humay İSGƏNDƏRLİ