İki qadını maşın vurub öldürdü

 12:47 01.03.2024     477

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, dünən saat 23 radələrində Abbasov Kamil Şakir oğlu idarə etdiyi “Kamaz - 55111” markalı yük maşını ilə Nərimanov prospektində yolu keçən qadını vurub. Ağır xəsarət alan Nəcəfova Gülümzər Şahəli qızı xəstəxanaya çatdırılsa da, vəfat edib.

Oxşar hadisə dünən saat 17:30 radələrində Şəki şəhərində baş verib. Əfəndiyev Murad Zakir oğlu idarə etdiyi “VAZ” markalı avtomobillə Axundzadə küçəsində piyada Fətəliyeva Əntiqə Ağaəli qızını vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.