"Xocəsən" stansiyasında hərəkət bərpa edildi - YENİLƏNİB

 19:00 01.03.2024     1379

Texniki cəhətdən nasaz qatar xətdən çıxarılaraq, Bakı metrosunun "Xocəsən-Avtovağzal" istiqamətində hərəkət tam bərpa olunub.

Redaktor.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, saat 18:00-da "Xocəsən" stansiyasının işi bərpa olunub və sərnişinlərin qəbuluna başlanılıb.

QSC baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə bir daha sərnişinlərdən üzr istəyir.

***

Bakı metrosunun "Xocəsən" stansiyasından "Avtovağzal" stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb.

Redaktor.az-ın “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, bu səbəbdən sərnişinlərin "Xocəsən" elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb.

"Təxliyə problemsiz başa çatdırılıb. Texniki problem aradan qaldırılana qədər "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb", - məlumatda deyilir.

“Bakı Metropoliteni” "Xocəsən" stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş edir ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər: “Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur. Qatarların "Xocəsən" stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qurum baş vermiş nasazlıq səbəbi ilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.