8 yaşlı qızı maşın vurub öldürdü

 17:41 01.03.2024     346

Saatlıda avtomobil yolu keçmək istəyən az yaşlının vuraraq öldürüb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Gündüz Hacıyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub.

Sonuncu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.