Xaçmazda 35 yaşlı kişi bıçaqlandı, vəziyyəti ağırdır
Xaçmazda bıçaqlanma baş verib.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Kamran Niftəliyev çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onun vəziyyəti ağırdır. Hazırda K.Niftəliyevin harda və kim tərəfindən bıçaqlandığı araşdırılır.