Sirkə içən Ceyhun Rzayev xəstəxanada ÖLDÜ

 09:00 02.03.2024     972

Cinayət hadisəni törətməkdə şübhəli bilinən Rzayev Ceyhun Alxan oğlu müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, dünən arvadını boşayan Ceyhun Rzayev qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib.

Qatil daha sonra böyük həcmdə sirkə turşusu içərək intihara cəhd edib.