Gəncədə piyadanı avtomobil vurdu

 09:24 02.03.2024     323

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, avtomobil yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini 1967-ci il təvəllüdlü M.Məmmədovu vurub.

57 yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.