Qobustanda dəhşətli cinayət

 11:53 02.03.2024     423

Qobustanda kişi arvadını öldürüb, sonra özünə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, martın 2-də saat 11:30 radələrində Qobustan rayonunda Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı Cabbarov Mürsəl Əlislam oğlu hadisədən sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.