Kəlbəcərdə yük maşını aşdı

 17:22 02.03.2024     305

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Redaktor.az apa-ya istinadən xəbər verir ki,  hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb.

Sabirabad rayonu sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.