Bakıda qaraj və içərisində “Changan” markalı minik avtomobili yandı
![](https://img.redaktor.az/news/2024/03/photo_233708.jpg)
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan qarajın yanar konstruksiyaları və içərisində dayanan “Changan” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.