Gəncədə əməliyyatın keçirilməsi təsdiqləndi - YENİLƏNİB

 17:23 04.03.2024     1065

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. 

Redaktor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat bir sıra qanun pozuntuları ilə bağlıdır.

Hələ ki, saxlanılan yoxdur. 

Qeyd edək ki, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və digər vəzifəli şəxslərin saxlanıldığı məlumatı təkzib edilib.

Baş Prokurorluqdan isə bildirilib ki, yayılan informasiya ilə bağlı əlavə məlumat veriləcək.

***

Bu gün mətbuatda hüquq-mühafizə orqanları tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirildiyinə dair məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətindən belə bir əməliyyatın keçirilmədiyi bildirilib.

Qeyd olunub ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Adıçəkilən şəxslər hazırda vəzifələrinin icrasını davam etdirirlər.

Xatırlacaq ki, bu gün bəzi saytlarda Gəncə şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan xüsusi əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədovun saxlanılması barədə xəbər yayılıb.