Bakıda daha bir tələbə vəfat etdi - 600 bal yığıbmış...

 17:15 04.03.2024     673

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.

Bildirilib ki, Elçin Əliyev BDU-ya 600-dən yuxarı balla qəbul olunub, universitetin təhsil göstəricilərinə görə fərqlənən tələbələrindən olub.

Məlumata görə, tələbə dəm qazından zəhərlənərək ölüb.