Sumqayıt sakini itkin düşdü

 18:49 04.03.2024     248

Sumqayıtda 56 yaşlı kişi itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə itkin düşən şəxsin qohumları məlumat verib.

1968-ci il təvəllüdlü Akif Cəfərov üç gün öncə “Yaşıl dərə” yaşayış massivində yaşadığı evdən çıxıb, bır daha geri qayıtmayıb.

Onun psixoloji və yaddaşla bağlı probleminin olmadığı deyilir.

Faktla bağlı polisə məlumat verilib (report).