Gəncədə ana və oğlu dəm qazından zəhərləndi, ölən var

 23:58 04.03.2024     280

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb.

Sözügedən ünvanda yaşayan ana və oğlu dəm qazından zəhərləniblər.

Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.