Arvadını baltalayan kişi özünə də xəsarət yetirdi

 19:12 05.03.2024     189

Lənkəranda ailə münaqişəsi bədbəxt hadisə ilə nəticələnib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Mamusta kəndində baş verib.

Belə ki, kənd sakini 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikov, həyat yoldaşı 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya balta ilə xəsarət yetirib.

Ş. Məlikov özünə də xəsarət yetirdiyindən hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün tipik yerin dəyişən qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsin, boyunun kəsilmiş deşilmiş yarası diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)