Biləsuvarda ferma ərazisində yanğın oldu

Biləsuvar rayonunun Səmədabad kəndində ferma ərazisində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.