Akif Qurbanovun atası sərbəst buraxıldı

 16:59 09.03.2024     268

Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara münasibət bildirib.

Redaktor.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub.

Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o, sərbəst buraxılıb.