Saatlı və Cəlilabadda yanğın oldu

Saatlı və Cəlilabad rayonlarında yanğın olub.
Redaktor.az FHN-ə istinadən xəbər verir ki, Novruzlu kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisinin qamışdan ibarət tavanı 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Cəlilabad rayonunun Təzəkənd kəndində isə ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin tavanı 34 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.