Zarafat həyatı bahasına başa gəldi: Ağstafadakı gəncin ölümünün təfərrüatı

 22:51 10.03.2024     297

Ağstafa rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Redaktor.az "report"a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü E.Həsənzadə Vurğun qəsəbəsində yerləşən mini futbol meydançasında tanışları ilə olan zaman uzun metal borunu götürərək yoldaşları ilə zarafatlaşmaq istəyib.

Bu zaman əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Qeyd edək ki, mərhum gələn ay hərbi xidmətə getməli idi.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.