Bakıda erməni təbliğatı - Polis hərəkətə KEÇDİ

 12:47 11.03.2024     341

Bakı şəhərində, Bəşir Səfəroğlu 191 ünvanda küçədə olan kitab rəfinə Ermənistan haqqında kitablar qoyublar.

Redaktor.az xəbər verir ki, bu barədə tanınmış alim, tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev məlumat yayıb.

"Ermənistanda insan haqqları, Ermənistanda azadlıq və sairə barədə kitabların ölkəmizə necə gəlməsi və o rəfə necə qoyulmasını, bunu edəni tapmaq üçün sadəcə ətrafda olan kameralardan baxıb görmək olar. Bu kadrlar tik tokda paylaşılıb.

Bunu edəni mütləq tapmaq lazımdır, ölkəmizə düşmən dövlətin kitablarını gətirən çox təhlükəli adamdır. Bəlkə də elə içimizdən olan xainlərdəndir",- deyə o qeyd edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə axar.az-a bildirib ki, sözügedən ünvanda küçədə olan kitab rəfinə Ermənistan haqqında qoyulan kitablarla bağlı araşdırma aparılır. 

O əlavə edib ki, araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir.