Xankəndidə 17 avtomat, 21 qumbara aşkarlandı

 09:55 13.03.2024     258

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar tapıblar.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.