Azərbaycanda 8-ci sinif şagirdi canına qıydı

 15:18 13.03.2024     320

Azərbaycanda şagird intihar edib.

Redaktor.az "bakupost"a istinadən bildirir ki, hadisə dünən axşam saatlarında Beyləqan rayonunda qeydə alınıb.

Rayonun Yuxarı Aran tam orta məktəbinin 8-ci sinif şagirdi Əli özünü öldürüb.

Hadisə zamanı o, evdə tək olub.

Hadisənin səbəbi bilinmir, araşdırma aparılır.

Qeyd edək ki, o, bu gün dəfn olunub. Bildirilir ki, Əli əlaçı şagirdlərdən olub, olimpiyadalarda iştirak edib.