Bakıda mərasim zalında yanğın oldu

 23:05 13.03.2024     301

Bakıda mərasim zalında yanğın olub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 200 m² olan təmirə dayanan mərasim zalında 1 ədəd stol, 10 ədəd stul və 1 ədəd kondisioner yanıb.

Mərasim zalı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.