54 yaşlı kişi dəm qazından zəhərlənərək öldü

 09:00 14.03.2024     332

Neftçalada 54 yaşlı kişi ölüb.

Redaktor.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Məmmədov Elçin Kərim oğlu yaşadığı Ramazanlı kəndində yerləşən fərdi yaşayış evində olan hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.