Bakıda dəniz limanında işçini avtokar vuraraq öldürdü

 23:37 14.03.2024     409

Suraxanı rayonunda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.

Redaktor.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 1994-cü il təvəllüdlü Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.

O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır. (APA)