Bakıda qəza baş verib, xəsarət alan var

 09:00 16.03.2024     367

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Qala qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Cəfərov Fuad Fərhad oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır