Sumqayıtda müayinəyə gələn pasiyent növbədə öldü

 22:22 16.03.2024     362

Sumqayıtda müayinə olunmaq üçün gələn pasiyent növbədə ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Sumqayıt şəhərində xəstəxanalardan birində qeydə alınıb.

MRT müayinəsi olunmaq üçün növbə gözləyən 1961-ci il təvəllüdlü Sara Oktay qızı Nəcəfova xəstəxanada ölüb.

Fakt araşdırılır. (APA)