15 ədəd müxtəlif markalı tüfəng təhvil götürüldü

 16:17 20.03.2024     325

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.