Şəmkirdə bir ailənin üç üzvü bıçaqlandı - TƏFƏRRÜAT
Şəmkirdə bir ailənin üç üzvünün bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.
Redaktor.az "report"a istinadən xəbər verir ki, Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İ.Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Ş.Hüseynova və 1995-ci il təvəllüdlü N.Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşıdır. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.