13 yaşlı oğlanı maşın vurub öldürdü

 09:23 22.03.2024     443

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Kiçid Qaramurad kəndi ərazisində baş verib.

“KİA” markalı avtomobil kənd yolu ilə hərəkət edərkən qəfil qarşısına çıxan 13 yaşlı Elmir Nağıyevi vurub. Yeniyetmə hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.