Göyçaydan acı xəbər gəldi: yaralılar var

 22:40 25.03.2024     473

Göyçayda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Yekəxana kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobillə Qəbələ rayon sakini Əhmədli Emin Elşad oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomaşın toqquşub. Qəza zamanı “Chevrolet” yoldan çıxaraq aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (report)