Liftdən meyit tapıldı

 15:40 26.03.2024     294

Binəqədidə liftdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti liftdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.