Oğuz sakini babasından qalan silahı polisə təhvil verdi

 22:10 26.03.2024     379

Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini N.Daşdəmirov bir neçə il öncə dünyasını dəyişən babasından qalan, R.Qarayev isə tapdığı ov tüfəngini könüllü olaraq təhvil verib.

Vumart və Güvən reklamı Vumart Güvən