Göygöldə gənc oğlan bıçaqlandı

 22:42 27.03.2024     284

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

Məlumata görə, biçaqlanan şəxs 2006-cı il təvəllüdlü Nihat Mirzəyevdir.

O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisənin səbəbləri araşdırılır. (report)