Şəmkirdə məktəbli bıçaqlandı

 23:23 27.03.2024     318

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Belə ki, 7-ci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Yaralının yaxınların dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayıdan zaman baş verib.

Onu tanımadığı şəxs bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır. (APA)