Azərbaycanda zavodda fəhlə öldü

Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb.
Redaktor.az xəbər verir ki, hadisə Boru Yayma zavodunda qeydə alınıb.
Müəssisənin istehsalat sahəsində işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin başına boru düşüb. O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır (report).