Şəmkirdə avtomobil qəzası oldu, 3 nəfər xəsarət aldı

 19:14 29.03.2024     318

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Avtomobil qəzası nəticəsində 1988-ci il təvəllüdlü M.Məmmədov, 1965-ci il təvəllüdlü B.Ələkbərova və daha 1 nəfər xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)