Ucarda qəza: Yaralılar var

 22:54 29.03.2024     1434

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində Bakı istiqamətində hərəkətdə olan “Land Rover” markalı minik avtomobili idarəetmədən çıxaraq arakəsməyə çırpılıb.

Nəticədə Bakı şəhər sakinləri - 1962- cı təvəllüdlü Tamella Rəsul qızı Şıxəliyeva və 1985-ci il təvəllüdlü Könül Zabil qızı Əsgərova təcili tibbi yardım avtomobili ilə Ucar Mərkəzi Ŕayon Xəstəxanasına gətiriliblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra onlar Göyçay xəstəxanasına göndəriliblər. Fakt araşdırılır. (APA)

Vumart və Güvən reklamı Vumart Güvən