Yeznə-qayın mübahisəsi ölümlə nəticələndi

 12:15 30.03.2024     906

Abşeron rayonunda yeznə və qayının mübahisəsi ölümlə nəticələnib.

Redaktor.az verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, martın 19-da 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov öz qayını ilə mübahisə edib. Ağır xəsarətlər alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

O, 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən