Qəbələ sakinini ilan sancdı
Qəbələ sakinini ilan sancıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.
Kənd sakini 2004-cü il təvəllüdlü Salahov Uğur Müşfiq oğlu həyətyanı sahədə işləyərkən onu ilan sancıb.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir. (APA)