Atasından qalan avtomatı polisə könüllü təhvil verdi

 12:06 31.03.2024     261

Saatlı sakini atasından qalan avtomatı polisə könüllü təhvil verib

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, rayonun Nərimankənd kənd sakini evinin həyətindəki tövlədə söküntü işləri aparan zaman dünyasını dəyişən atasının orada gizlətdiyi bir ədəd avtomatı, iki ədəd darağı və 21 ədəd patronu aşkar edib və könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Polis əməkdaşları vətəndaşa bu nümunəvi davranışa görə təşəkkür ediblər.