Gəncədə 2 avtomobil toqquşdu, xəsarət alanlar var

 09:00 01.04.2024     290

Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xatai Prospektində qeydə alınıb.

İki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü M.Əsədov, 1974-cü il təvəllüdlü V.Bayramov və 1960-cı il təvəllüdlü S.İbrahimov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.