Qeysəriyyə əməliyyatı olunan qadın xəstəxanada öldü

 09:33 01.04.2024     298

Gəncə şəhərində qeysəriyyə əməliyyatı olan gənc qadın bir neçə gün sonra xəstəxanada ölüb.

Redaktor.az xəbər verir ki, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Günel Həsənzadə bir neçə gün öncə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində qeysəriyyə əməliyyatı olub.

Vəziyyəti ağır olan qadın bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır. (report)