Suda boğularaq öldürülən uşağın nənəsi DANIŞDI – VİDEO

 12:09 01.04.2024     529

Xəbər verdiyimiz kimi, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində dəniz sahilində 1 yaş 4 aylıq Zeynəb Yeşilin meyiti aşkarlanıb. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı uşağın nənəsi Azadə Abdullayeva Baku TV-yə danışıb.

Onun sözlərinə görə, atası azyaşlını gəzməyə apardığını deyib:

“Amma onları uzun müddət gözləsək də, gəlib çıxmadılar. O, telefon zənglərimizə də cavab verməyib. Fikirləşdik ki, yəqin acıq edərək uşağı dostunun yanına aparıb”.

Nənə ailədaxili söz-söhbətin olmadığını da vurğulayıb:

“Onun beynində nə olduğunu isə bilmirik”.

Qeyd edək ki, Z.Yeşil A.Abdullayevanın qızının övladıdır. Qızının əri isə türkiyəlidir. Onun sözlərinə görə, övladı Türkiyədə Yeşil Ahmet Turanla dini və rəsmi nikaha girib.

Vumart və Güvən reklamı Vumart Güvən