Astarada qəzada bir ailənin üç üzvü yanaraq öldü

 23:20 01.04.2024     212

Astarada baş verən qəzada üç nəfər ölüb.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Ərçivan kəndində baş verib.

Rayonun Şiyəkəran kənd sakini, 31 yaşlı Əliyev Elman Mirzəmməd oğlunun idarə etdiyi 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı BMW markalı avtomobil idarəetməni itirərək iri tonnajlı avtomobilə çırpılıb.

Nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz dayanan Rusiya vətəndaşı, 56 yaşlı Maqammədəmin Abdullaşə məxsus yük avtomobili ilə toqquşub.

Zərbənin təsirindən avtomobil alışaraq yanıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 22 yaşlı Əliyeva Fərqanə İlham qızı, onların 3 yaşlı uşaqları - Əliyeva Gülxanım Elman qızı avtomobildə yanaraq ölüblər.

Dərhal hadisə yerinə FHN-in Astara Rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən avtomobili, canlı qüvvəsi və xilasetmə qurupunun iki briqadası cəlb olunub.

Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.