Xankəndidə avtomat, pulemyot və qumbaralar tapıldı

 09:48 02.04.2024     171

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar tapıblar.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 1-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.