Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı - FOTO

 11:28 02.04.2024     356

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.  

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov Redaktor.az-a bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd  hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. 

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

2